"Azərbaycan regionun ən zəngin ölkəsidir" - Qabriella Battaini

"Azərbaycan regionun ən zəngin ölkəsidir" - Qabriella Battaini
  05 May 2017    Oxunub:1440
“IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu yüksək əhəmiyyətə malik olan tədbirdir”.
AzVision.az xəbər verir ki, bunu Azərbaycanda səfərdə olan Avropa Şurası baş katibinin müavini Qabriella Battaini Draqoni bildirib. Onun sözlərinə görə, son illər Azərbaycanda bir çox beynəlxalq tədbirlər təşkil olunur:

“Əlbəttə ki, Avropa Şurasının üzvü olan dövlət kimi Azərbaycanın bu göstəricisi qürurvericidir. Azərbaycan Avropa Şurası üçün əhəmiyyətli ölkələrdən biridir. Biz Azərbaycanla yaxşı əməkdaşlıq əlaqələrinin qurulmasında maraqlıyıq”.

Azərbaycanda bir çox sahələrdə inkişafın şahidi olduğunu vurğulayan Qabriella Battaini Draqoni əlavə edib ki, Azərbaycan regionun ən zəngin ölkəsidir.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər: Azərbaycan   Bakı-Forumu   Avropa-Şurası  





Xəbər lenti